Zülfüqar və Ümid Mirzəyevlər torpaqlarımızı işğal edənlərlə kömək edirlər
Böyük yünan
filosofu Sokrat belə bir kəlam söyləmişdi: danış ki, səni görüm. İnsan
danışdıqca onun mənəviyyatı, əqli, zəkası, mədəni səviyyəsi ətrafdakılara daha
aydın görünür, əyaniləşir.
Rusiya
Federasiyasının tərkibindəki Udmurtiya Respublikasında fəaliyyət göstərən
“Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev mənim bir çox
yazılarımda haqqında söhbət açıldığı üçün kifayət qədər “məşhur”laşıb. Belə ki,
Yeni il münasibətilə Z.Mirzəyev də daxil olmaqla respublikada fəaliyyət göstərən
milli cəmiyyət rəhbərlərinin təbrikləri videoya yazdırılmışdı. Aşağıda təqdim
etdiyimiz videoda bir dəqiqəyə yaxın vaxt ərzində həm azərbaycanca, həm rusca
dili pəltək vura-vura danışaraq tamaşaçıda ikrah hissi yaradan bu şəxs nəinki
zahirən, elə daxilən də bayağı, səviyyəsiz olduğunu artıqlaması ilə büruzə
verib.
Bu görüntünü izləyənlərin
azərbaycanlılar haqqında hansı təəssürat aldığını təsəvvür etmək çətin deyil.
İki kəlməni bir-birinə calaya bilməyən, bərbad təfəkkürlü, eyni zamanda özündən
müştəbeh adam olan Zülfüqar Mirzəyev yenə də xalqımızı qürbət yerdə “layiqincə”
təmsil edib. Eynilə 2019-cu ilin mart ayında milli rəqsimiz “Köçəri”nin ermənimilli rəqsi adı ilə təqdim olunmasına göz yumanda olduğu kimi!
Mətbuat
Şurasının sədr müavini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə
Şurasının sədri olan, bu yaxınlarda biabırçılıqla istefaya göndərilən prezidentin
sabiq köməkçisi Əli Həsənovun kurasiyasında işləmiş qardaşı Ümid Mirzəyevə
arxalanan Zülfüqar Mirzəyev Udmurt Respublikası “Dostluq” Azərbaycan İctimai Mərkəzinin
sədri seçildikdən sonra özünü mötəbər şəxsiyyət zənn etməyə başlayıb. Udmurtiya
Respublikasında yaşayan soydaşlarımızın problemləri, diasporumuzun fəaliyyəti,
müxtəlif tədbirlərdə iştirak etməsilə bağlı hər hansı narazılıq düşən kimi
Z.Mirzəyev sözünə qarşı söz deyənlərə hədə-qorxu gəlir, yerli hüquq mühafizə
orqanlarındakı əlaqələrinə eyham vurmağa başlayır. Respublikada yaşayan azərbaycanlılar
neçə illərdir şiə məscidi tikdirmək arzusunda olsalar da, cəmiyyət sədri
müvafiq şəkildə torpaq sahəsinin ayrılması üçün əlini ağdan qaraya vurmur. Əvəzində
diaspor rəhbəri kimi “nüfuz”unu işə salaraq İjevsk şəhərində sahibi olduğu
“Palma” kafesi yaxınlığında daha bir obyekt tikdirmək üçün geniş torpaq sahəsini
özününküləşdirib.
Z.Mirzəyevin
maliyyə imkanlarına gəlincə, bölgədəki azərbaycanlılar arasında ona Bakıdan pul
gəlməsi barədə söz-söhbətlər dolaşır. Doğrudan da, əvvəllər “Daewoo Nexia” sürən
cəmiyyət sədrinin birdən-birə təmtəraqlı “Lexus” markalı cip (qeydiyyat nömrəsi О 001 СО 18 РУС), 2015-ci ildə isə
Arzu İsmayılovdan 500 min dollara “Palma” kafesini alması belə qənaət yaradır.
Daha doğrusu, Bakıda “Avrasiya kredit” qeyri-bank kredit təşkilatının sahibi
olan Ümid Mirzəyevin “səxavət”ini ehtimal etməmək mümkün deyil.
Yeri gəlmişkən,
həm də özəl uşaq bağçası sahibi də olan, dəbdəbəli həyat tərzi sürən Ümid Mirzəyevin
də bütün bu biznesinin hökumət tərəfindən KİV-in inkişafına ayırdığı qrantlar
hesabına ərsəyə gəlməsi heç də mümkünsüz görünmür. Üstəlik əməkdaşlarını
direktoru ilə qohum olduqları ANAMA-nın işçisi kimi qeydiyyata saldırır, əməkhaqqı
kartlarını isə təbii ki, alıb özü istifadə edir. Bundan əlavə onun hazırda
İjevskidə veyillənən daha bir qardaşı Məhəbbət də vaxtilə ANAMA işçisi olub,
2017-ci ildə dövlətə xəyanətlə bağlı “Tərtər işi”ndən sonra isə aradan sivişib
uzaq İjevskə gedib, indi orada kafe işlərində qardaşına kömək edir, arada
“Facebook”da üstümə çımxırmaqdan da qalmır.
Beləliklə, işğal
olunmuş kənddən didərgin düşən bu qardaşlar özlərinə babat güzəran yaradıblar.
Bu qənaət daha çox yaxşı vəzifələrdə işləyən Ümid Mirzəyevə aiddir. Halbuki ölkədə
bir çox istedadlı jurnalist mənzilsiz qalıb, layiqli işləri, dolanışıqları da
yoxdur. Haradan olsun ki? Halbuki Mətbuat Şurasına soxulmuş mətbuatdan uzaq
fırıldaqçının biri jurnalistlərə kömək üçün ayrılan vəsaitləri cibinə ötürməklə
məşğuldur. Habelə İjevskidə yaşayan qardaşına da həmin pullardan göndərir ki,
jurnalistlərimizin boğazından kəsilən həmin vəsaitlər hesabına Zülfüqar Mirzəyev
özünə torpaq-obyekt alır, yerli məmurların qapıları üzünə daha asan açılsın deyə
“Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri vəzifəsindən də dördəlli yapışır.
Üstəlik hələ yerli erməni cəmiyyətinin rəhbəri, “aprel müharibəsi” günlərində
Dağlıq Qarabağda yaradılmış qondarma quruma maddi yardım göstərmiş Mnatsakan
Arakelyanla da “salamməleykum”u var. Bu da azmış kimi sahibi olduğu “Palma” və
“Tülpan” kafelərində erməni konyakı satdırır ki, bunu hər iki məkanda çəkilən
videolardan aydın görmək mümkündür.
Ermənistanın
“Üzüm xammallı spirtli içkilər haqqında” qanununa əsasən yalnız Ermənistanda və
Dağlıq Qarabağda, yəni Azərbaycanın işğal olunmuş torpaqlarda becərilən üzümlərdən
hazırlanan konyak erməni koyakı adını daşıya bilər. Deməli, Qarabağ müharibəsi
illərində İjevskidə özünə rahat sığınacaq tapmış Z.Mirzəyev həm düşmənlərimizə
maddi yardımını əsirgəməyən şəxslə oturub-durur, həm də erməni konyakını xırıd
etməklə torpaqlarımızı işğal edən Ermənistanın iqtisadiyyatına özü də müəyyən
“töhfə” verir. Ümid Mirzəyev isə Azərbaycan prezidentinin adını əlində bayraq
edərək qardaşını müdafiə etməkdən çəkinmir.
Görəsən, müavini
olaraq Ümid Mirzəyev kimilərini ətrafında saxlayan, vaxtilə Udmurt
Respublikasına nümayəndə heyətimizin səfərinə kömək olduğu üçün Zülfüqar Mirzəyevə
təşəkkür edən, bu qardaşlar haqqında yazılarımı silməyim üçün təzyiq belə göstərmiş
Mətbuat Şurasının sədri Əflatun Amaşovun söhbət açdığımız məsələyə dair fikri nədir?
Hərçənd həmin o nümayəndə heyətində olan Amaşovun özü də bəlkə də adı çəkdiyimiz
kafelərdə erməni konyakından nuş edərək uzaq diyara bu səfərinin xərcini üzərinə
götürmüş Zülfüqar Mirzəyevlə mənalı söhbətlərdən həzz alıb? Niyə də olmasın? Nə
olsun ki, o nümayəndə heyətinin səfərindən nə Udmurt Respublikadakı
soydaşlarımız, nə də ölkəmiz hansısa fayda görüblər.
Və ən əsası, hər
dəfə xarici ölkələrə səfəri zamanı Dağlıq Qarabağ həqiqətlərini dünyaya
çatdırması barədə yeri gəldi-gəlmədi aləmə car çəkən Ümid Mirzəyevin bunlarla
bağlı fikirlərini bilmək maraqlı olardı.
Zaur Nurməmmədov
Strange "water hack" burns 2lbs overnight
ОтветитьУдалитьOver 160k men and women are losing weight with a simple and secret "water hack" to burn 1-2lbs each night in their sleep.
It is proven and works every time.
This is how to do it yourself:
1) Hold a drinking glass and fill it half full
2) Then follow this strange HACK
and become 1-2lbs thinner when you wake up!